Biz, GreenPanTM şirkəti, ətraf mühitə karbon ifrazını azaldacaq və bununla real fayda gətirə biləcək məhsulları təqdim edərək Sizə bu seçimi təqdim etməyi özümüzə borc hesab edirik. Həyat tərzinizi dəyişməyə ehtiyac yoxdur. Biz məhsulun istehsal qaydasını dəyişdik.

Bütün dünyada insanlar qlobal istiləşmənin, kirlənmənin və ətraf mühitin məhv edilməsinin 21 əsrin əsas problemləri olduğunu dərk etməyə başlayıblar. Təəssüf ki, hər zaman bu və ya digər qərar arasında seçim etmək imkanımız yoxdur.

Biz mətanətlə inanırıq ki, dünyada hər birimizin eyni planetdə yaşadığını və onu qorumağımızın gərək olduğunu anlayacaq kifayət qədər sağlam düşüncə var.

Vəzifəmiz məhsullarımıza "rahekosabitlik" (rahatlıq və ekoloji sabitlik) əlavə edərək, müasir cəmiyyətimizin həyatında baş verən qlobal dəyişikliklərə kömək etməkdir. "Rahatlıq" - çünki biz Sizdən həyat tərzinizi dəyişməyi istəmirik, "ekoloji sabitlik" - çünki biz planetimizin təbii vəsaitlərini qoruyuruq.

 

 

 

Sevinc gətirən ətraf mühitdə sağlam və xoşbəxt həyat - həyatda ən böyük məqsədimizdir. GreenPanTM bunu anlayır və bütün vəsaitini sağlam və ekoloji texnologiyaların tədqiqinə qoyur.

Hər kəsin vərdiş etdiyi tavaların yanmayan xüsusiyyəti onların PTFE (politetraftoretilen) maddəsi ilə - mumvari, sintetik maddə ilə örtülməsi sayəsində əldə edilir. Rəsmi şəkildə təsdiq edilib ki, PTFE praktik ev istifadəsində bir sıra qüsurlara sahibdir. 260 °C/500°F dərəcədən artıq temperaturda PTFE tərkibli örtük parçalanmağa başlayır. Sübut edilmişdir ki, ifraz edilən buxar kiçik ev heyvanları, məsələn quşlar üçün ölümcül təhlükə daşıyır! Bu buxarlar tənəffüs yollarına zərər yetirərək və ürək bulanması və baş ağrıları verərək insanlara təsir edə bilər. Odur ki, tavanızı həddindən artıq qızdırdıqda, Siz yalnız onu korlamır, bəlkə də eyni zamanda öz sağlamlığınızı da korlayırsınız.

GreenPanTM PTFE istifadə etmir. GreenPanTM bazara yanmayan Thermolon TM (Termolon) örtük texnologiyası ilə birgə ənənəvi örtüyün sağlam alternativini gətirir. Thermolon TM yüksək temperaturlara qarşı davamlıdır. Bu o deməkdir ki, GreenPanTM yüksək təhlükəsizliyə malikdir; əgər Siz tavanızı 450°C/850°F dərəcəyədək qızdırsanız belə, heç bir zəhərli buxar ifraz edilməyəcək, və örtük qabarıb, yaxud qat-qat soyulmayacaq.

Bir "məsuliyyətli" şəxsə ildə 1 ton karbon qazı düşür. Bü gün bir çinliyə 4 ton, avropalıya - 12 ton və amerikalıya - 25 ton düşür. Iqlimin dəyişikliyi artıq şübhəsizdir. Və bu planetimizin qarşısında duran ən böyük ekoloji, sosial və iqtisadi təhlükələrdən birini təşkil edir.
Biz məhsulumuzu əlimizdən gəldiyi qədər məsuliyyətli istehsal etmək istəyirik. Qiymətli ehtiyatları qorumaq üçün Biz istehsal zamanı enerjini effektiv şəkildə istifadə etməyə çalışırıq.

 

  • Bizim yanmayan qazan və tavalarımız sintetik polimerlər əvəzinə mineral materiallardan hazırlanmış yanmayan qaplama ilə örtülən ilk məhsullar olub.
  • PTFE örtük perftoroktan turşusunun (PFOA) istifadəsi ilə hazırlanır. Ətraf mühitin qorunması idarəsi, insan sağlamlığı və ətraf mühitin sağlamlığına cavabdeh olan Amerikanın federal agentliyi PFOA maddəsini "möhkəm çirkləndirici maddə" kimi təsnif edir. Bundan başqa, PFOA orqanizmdən çətin təmizlənən sərt kimyəvi preparatdır. Bu turşu "insan üçün kanserogen maddə" hesab edilir. GreenPanTM PTFE istifadə etmir, buna görə də ətraf mühitə heç bir PFOA yaya bilməz.
  • GreenPanTM məhsullarında ThermolonTM texnologiyasının istifadəsi enerjiyə qənaət edir. Bu o deməkdir ki, istehsal zamanı adi PTFE örtüklü tavaların istehsalından fərqli olaraq 60% daha az CO2 ifraz edilir.
  • Biz yeni məhsulları istifadə edilmiş materiallardan hazırlayırıq ki, hələ gələcəkdə istifadə edilə biləcək materialların lüzumsuz istifadəsini azaldaq. Buna görə də biz yenidən işlənmiş paslanmaz poladı qulplarda, yenidən işlənmiş alümini isə mətbəx qablarının gövdəsində istifadə edirik. 
  • GreenPanTM qablaşdırma materiallarının kiçildilməsi və
    optimallaşdırılması üçün əlindən
    gələn hər şeyi edir.

 

 

Bu gün qida və kulinariya əsas tələbatımızı qarşılamasından başqa həyatımızda daha böyük məna daşıyır. Yemək və bişirmək mövzusu bizim üçün həqiqətən də "qaynar" olub. Biz möhtəşəm yeməkləri hazırlamaq imkanı verən yanmayan tavaları istehsal edirik. Bütün məhslullar möhtəşəm görünür: yüksək keyfiyyətli materiallar və məharətli dizayn. Və ən əsası: GreenPanTM möhtəşəm istifadə xüsusiyyətlərini nümayiş etdirir!


ThermolonTM ənənəvi örtüklər ilə müqayisədə ən yaxşı istilik keçiricisidir. Və bu möhtəşəm qızarma və qızarma zamanı xırçıldayan qabığın alınmasını təmin edir!
Istiliyin möhtəşəm yayılması yeməyin gözəl qızarmış rəng almasına imkan verir. Bunun sayəsində siz zəif və orta temperaturlarda bişirə bilərsiniz, bu isə təkcə Sizin elektrik hesablara yox, ətraf mühit üçün də xeyirlidir!

 

Təkmilləşdirilmiş texnologiyamızın sayəsində yemək ləzzətini və ətrini qoruyur. Termolondan hazırlanmış üz yanmır və asan yuyulur. Təkmilləşdirilmiş texnologiyamızın sayəsində yemək ləzzətini və ətrini qoruyur. Termolondan hazırlanmış üz yanmır və asan yuyulur.